Binance-a yeni gələnlər bir sıra terminlərlə rastlaşır, onları anlamaqda çətinlik çəkirlər. Lap mənim kimi. Ona görə də mən öz bloqumda bu terminlərin izahına geniş yer ayıracam. Gəlin baxaq Solo-steykinq nədir?
Solo-steykinq — kriptovalyutanı vasitəçilər olmadan, müstəqil şəkildə steykinq etməkdir. İstifadəçi öz nodunu işə salır və şəbəkədə tranzaksiyaları təsdiqləyir, yeni bloklar yaradır. Məsələn, Ethereum şəbəkəsində validator olmaq üçün minimum 32 ETH lazımdır.
Üstünlüklər:
Vəsaitlər üzərində tam nəzarət.
Vasitəçilərə komissiya ödənilmir.
Risklər:
Texniki çətinliklər (avadanlıq və proqram təminatı tələb olunur).
Səhvlərə görə cərimələnmə (slashing).